Dodonun forması Nilüfərə verildi - FOTO
03.06.2013 - 10:37
Dodonun forması Nilüfərə verildi - FOTO
Türkiyəli məşhur müğənni Nilüfər 58-ci yaş gününü ölkəmizdə qeyd edib. Apasport.az saytının məlumatına görə, ad günündə Qəbələdə konsert verən Nilüfər tədbir sırasında xoş sürprizlə üzləşib.

Belə ki, xanım müğənniyə 10 nömrəli "Qəbələ" forması hədiyyə olunub. Bundan əlavə, sənətçiyə klubun akademiyasının direktor müavini Nail Kərimov və marketinq meneceri Səməd Nəsibov tərəfindən xatirə plaketi də təqdim edilib. Müğənni diqqətə görə təşəkkürünü bildirib və konserti "Qəbələ" formasında davam etdirib.

Qeyd edək ki, klubda 10 nömrəli forma braziliyalı Dodoya məxsusdur.