Lüksemburq yığması Bakıya erkən gəlib, gec qayıdacaq
03.06.2013 - 10:51
2014-cü il dünya çempionatının seçmə mərhələsində millimizin rəqibi olan Lüksemburq yığmasının Bakıya səfəri diqqətçəkən məqamlarla yadda qalacaq. Apasport.az saytının məlumatına görə, “cırtdanlar” ölkəmizə oyundan 3 gün öncə gələcək.
Belə ki, lüksemburqluları gətirən təyyarə sabah saat 20:55-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. “Hilton” otelində qalacaq qonaqlar 2 gün hazırlıq keçdikdən sonra oyuna çıxacaq. Belə nəticəyə gəlmək olar ki, millimiz kimi rəqibi də qarşıdakı oyuna böyük önəm verir.
Lüksemburq millisi ölkəmizi tez-tələsik tərk etmək fikrində də deyil. Məsələ ondadır ki, onlar oyunun ertəsi Bakıda olaraq, növbəti gün səhər vətənlərinə yollanacaq.
Qeyd edək ki, Azərbaycan – Lüksemburq oyunu iyunun 7-də saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

0
0