Finalda yaranan qalmaqal böyüyür
03.06.2013 - 11:32
“Hələlik hüquq-mühafizə orqanlarının araşdırmalarını gözləyirik. Bundan sonra hansı addımlar atılacağına qərar verəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Mayın 28-də ölkə kubokunun finalında keçirilən “Neftçi” – “Xəzər Lənkəran” matçı dava-dalaşla yekunlaşdı. Hətta paytaxt klubunun idman direktoru Güloğlan Cabbarovla mühafizə xidmətinin əməkdaşları yumruqlarını işə salaraq, lənkəranlı futbolçulara divan tutdular. Qalmaqala hüquqi qiymət verən AFFA-nın İntizam Komitəsi isə daha çox “Neftçi” klubunu günahlandırıb bu komandaya nə az, nə çox – 82 min manat cərimə kəsdi.
Finalda baş verən hadisələr haqda danışan Cəbrayıloğlu bildirib ki, nədənsə bəziləri təmsil olunduğu kluba qarşı qərəzli mövqe tutublar: “Obyektiv və dürüst mövqe bildirən jurnalistlərə təşəkkür edirəm. Oyun sonrası mətbuat konfransında media mənsublarından baş verən biabırçılığı düzgün işıqlandırmalarını xahiş etdim. Belə baxanda, hər şey ortada idi və vicdanı, əqidəsi olan hər bir jurnalist futbolçularımıza qarşı quldur hərəkətə düzgün münasibət bildirməyə borclu idi. Amma mən gözlədiyimin də artığını gördüm. Əqidəsini, vicdanını satmayan hər bir keçmiş həmkarlarıma minnətdarlıq edirəm. Onlar öz yazıları və hadisələrə obyektiv baxışları ilə qəzəblənmiş “Xəzər Lənkəran” camiəsini az da olsa sakitləşdirdilər. Bu dönəmdə biz kimin kim olduğunu gördük. Artıq bu gündən başlayaraq muzdlu yazarlar hərəkətə keçib”.
“Xəzər Lənkəran” sözçüsünün sözlərinə görə, cənub təmsilçisindən sakitlik yaranması üçün xahiş edənlər indi muzdlu yazarlarını irəli verib: “Amma gecdir. Çünki bütün ölkə ictimaiyyəti hadisələrin necə baş verməsini və günahkarları tanıyır. Arzu edirəm ki, hər bir qələm əhli evinə, balalarına halal qonorar pulunu aparsın, kafe və ofislərdə kimlərdənsə aldıqları muzd pulunu yox”.

0
0