Toni Doblas: Bu, rüsvayçılıqdır!
03.06.2013 - 11:53
“Bu, Araqon futbolunun rüsvayçılığıdır! Onlar mövsüm boyu faciəvi gündə idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın qapıçısı Toni Doblasa aiddir.
İspaniyalı qapıçı Primeranın son turundan sonra aşağı dəstəyə düşməsi rəsmiləşən “Saraqosa”nın uğursuzluğuna şərh verib.
Ölkəmizə məhz bu klubdan gələn qolkiper Araqon əyalətinin təmsilçisinin çıxışını faciəvi sayıb: “Karyeramda ikinci dəfədir mövsümün gedişində oynadığım komanda sonda aşağı dəstəyə yuvarlanır. Sabiq komanda yoldaşlarım, dostlarım və pərəstişkarlarımız üçün çox üzülürəm. Səhvinizi düzəldin və yenidən Primeraya qayıdın”.

0
0