“Qəbələ” də Almaniyaya gedir
03.06.2013 - 12:46
“Qəbələ” də Almaniyaya gedir
“Hazırlıq planlarına böyük ölçüdə aydınlıq gəlib. Yeni mövsümün hazırlıqları 3 mərhələdən ibarət olacaq”. Bunu apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

“Qəbələ” hazırlıqlarını doğma məkanda, Türkiyədə və Qərbi Avropada davam etdirəcək. Əzizovun sözlərinə görə, klublarımızdan “Xəzər Lənkəran” kimi “Qəbələ” də Almaniyaya gedə bilər: “Komanda hazırda istirahətdədir. İyunun 25-də isə bütün futbolçular yeni baş məşqçimiz Yuri Syominin rəhbərliyi altında Qəbələdə bir araya gələcək. Burda 5-6 gün bərpaedici hazırlıq keçəcəyik. İyulun 1-dən isə Türkiyənin Sparta bölgəsində hazırlıqlara başlayacağıq. Komanda həmin ayın 14-dək orda hazırlıq keçəcək. Türkiyədə 4 yoxlama oyunu keçirəcəyik. Vətənə qayıtdıqdan sonra bir də iyulun 17-də ya Avstriya, ya da Almaniyaya gedəcəyik. Hansı ölkəni seçəcəyimiz konkretləşməsə də, orda 3 yoxlama oyunu keçirəcəyimiz dəqiqdir”.

Səbuhi TOFİQOĞLU