“2 günə onunla neçə illik müqavilə bağlanacağı dəqiqləşəcək”
03.06.2013 - 13:02
“2 günə onunla neçə illik müqavilə bağlanacağı dəqiqləşəcək”
“Hələlik Vladimir Levin və Nizami Hacıyev istisna olmaqla, konkret heç kimlə müqavilə bağlamamışıq”. Bunu apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Bu mövsüm avrokuboklara getməyi qarşısına məqsəd qoyan “Qəbələ” baş məşqçi postuna Yuri Syomini gətirməklə iddiasını ortaya qoydu. Ancaq transfer baxımından bölgə klubu hələlik daxili bazardan futbolçu almaqla kifayətlənir.

Əzizov transferdə hələlik yenilik olmadığını bu şəkildə ifadə etdi: “Ötən mövsüm “Simurq”da çıxış etmiş polşalı qapıçı David Petjkeviçlə razılıq əldə olunub. 2 günə onunla neçə illik müqavilə bağlayacağımız dəqiqləşəcək. Hazırda müqavilə detalları üzərində iş gedir. Adlarını çəkmək istəmədiyim futbolçularla danışıqlar gedir. Yalnız bunu deyə bilərəm ki, ötən mövsüm “Rəvan”da çıxış etmiş Nuran Qurbanov isə yenidən bizə - məxsus olduğu kluba qayıdıb”.

Səbuhi TOFİQOĞLU