“Simurq”dan 6-cı transfer - FOTO
03.06.2013 - 13:17
Heyətini formalaşdırmaqda davam edən "Simurq" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Zaqatala klubu Tural Axundovla rəsmi müqavilə bağlayıb.
Serbiyalı müdafiəçi Miloş Zeçeviç komandadan ayrıldıqdan sonra “Rəvan”ın kapitanı olmuş Tural növbəti 2 mövsümü Zaqatala təmsilçisinin heyətində mübarizə aparacaq. 25 yaşlı müdafiəçi "Simurq"un heyətində 18 nömrəli forma geyinəcək.
Qeyd edək ki, buna qədər “Simurq” 5 transfer etmişdi. Bölgə klubu Orxan Səfiyaroğlu, Amil Ağacanov, Salif Ballo və Rövşən Əmiraslanovla da 2 illik müqavilə bağlamışdı. Milliləşdirilmiş dağıstanlı dayaq yarımmüdafiəçisi Taqim Novruzov isə 1+1 şərti ilə “Simurq”a keçmişdi.

0
0