“Yuri Syominin məşqçilik karyerasını bitirəcəyini düşünürdüm”
03.06.2013 - 14:26
“Yuri Syominin məşqçilik karyerasını bitirəcəyini düşünürdüm”
Rusiyalı mütəxəssis Yuri Syominin “Qəbələ”nin baş məşqçisi təyin olunması Serbiya millisinin futbolçusu Miloş Ninkoviç üçün gözlənilməz olub. Apasport.az saytının məlumatına görə, hazırda Fransanın “Evian” klubunda çıxış edən yarımmüdafiəçi yaxşı tanıdığı məşqçinin karyerasını bitirəcəyini gözləyirmiş.

2004-12-ci illərdə Ukrayna “Dinamo”sunda çıxış edən Miloş Kiyev təmsilçisindən yaxşı tanıdığı Syominə Azərbaycan klubuna təyinatına münasibət bildirib: “Yuri Syominin Azərbaycanda olduğunu eşitmişəm. Buna təəccübləndimmi? Düşünürdüm ki, “Dinamo”dan sonra Yuri Pavloviç məşqçilik karyerasını bitirəcək. Amma görünür ki, hələ işləmək istəyib. Ona uğurlar arzulayıram”.