“Xəzər Lənkəran” – “İnter” və “Bavariya” – “Ştutqart” finalı müqayisə edilməzdi”
03.06.2013 - 14:36
“Almaniya karyerama əsasən “Bavariya” - “Ştutqart” finalı tarixi an sayıla bilər. Lakin mənim ölkə xaricində də böyük təcrübəm var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniyanın ən güclü hakimlərindən sayılan Manuel Qrafe deyib.
“Bavariya”nın 3:2 hesabı ilə qalib gəldiyi “Ştutqart”la ölkə kubokunun final oyununun baş hakimi olan Qrafe bizlərə də yaxşı tanışdır.
Belə ki, o, 2008-ci ildə Azərbaycan kuboku uğrunda “Xəzər Lənkəran”ın “İnter”ə Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəldiyi matçı həmyerliləri ilə birgə idarə edib. Həmin matçı da yada salan Qrafe müqayisə aparıb: “Çempionlar Liqası, Avroliqada çox sayda oyun idarə etmişəm. Bundan başqa, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Liviya və İsraildə yerli klubların matçlarında fit çalımışam. Azərbaycanda isə kubokun final oyununda baş hakim olmuşam. Amma indiki final mənim xəyalım idi. Bu matçı o birilərlə müqayisə etmək çətindir. Çünki budəfəki final digərlərindən fərqlənir”.
Qeyd edək ki, lənkəranlılara həmin oyunda tarixində 2-ci ölkə kubokunu əlavə vaxtın 115 və 119-cu dəqiqələrində vurduğu qollarla dubl edən braziliyalı sabiq yarımmüdafiəçisi Junior Osvaldo qazandırıb.

0
0