“Qəbələ mənim ikinci evimdir” - MÜSAHİBƏ
03.06.2013 - 15:45
“Qəbələ mənim ikinci evimdir” - MÜSAHİBƏ
“Qəbələ” Futbol Akademiyasının sabiq direktoru Ali Yavaşın apasport.az saytına müsahibəsi

- Siz akademiyadan ayrıldıqdan sonra yerinizə “Feyenoord” Akademiyasının direktoru Stenli Brard gətirildi. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
- Stenli Brardın “Qəbələ”də çalışacağını eşitmişdim. Onunla Qəbələdə olarkən turnirin gedişində tanış olduq. Xeyirli olsun. Burda çətin işlər onsuz da əvvəlcədən görülüb. Hər şey mərhələ-mərhələ edilib. Ona görə də yeni akademiya direktorunun burda rahat çalışacağını düşünürəm.

- “Qəbələ”dən ayrılmağınızın əsl səbəbi nə oldu?
- Elə bir səbəb yox idi. Qarşıdakı günlərdə yenidən “Qalatasaray”da işimə başlayacağam. 4 il burda işimi gördüm. 5-ci ildir yenə bura gəlirəm. Asan deyil. Mən 3 il burda çalışacağıma söz vermişdim, 4 il Qəbələdə qaldım.

- Ailənizə görə burdan ayrıldınız?
- Yox, ailəmə görə də problem yox idi. Ancaq təbii ki, hamıya öz vətənində işləmək daha rahatdır. Bununla belə, mən yenə də bura gəlib gedəcəyəm.

- Bəlkə Bakıda işləsəydiniz, sizə ölkəmizdə çalışmaq daha asan olardı...
- Yox, yox. Mən Azərbaycanda Qəbələdən başqa yer tanımıram. Qəbələ mənim ikinci evimdir. Yaxın bir zamanda ailəm də bura istirahət etməyə gələcək.

- “Qalatasaray”da işinizə nə vaxtdan başlayacaqsınız?
- Qısa bir zamanda.

- Orda vəzifəniz nə olacaq?
- Yenə akademiya direktorluğunda baş koordinator.

- “Qalatasaray”ın Akademiya direktoru işindən ayrıldımı?
- Ordan heç kim çıxmayıb. Bunu sizə özəl olaraq söyləyirəm. Yeni mövsümdən “Qalatasaray”da işimə başlayacam.

Səbuhi TOFİQOĞLU