“Xəzər Lənkəran”ın yeni transferi: Güclü heyət olmasa...
03.06.2013 - 16:22
“İsveç yığması bizimlə oyunda aşkar favoritdir. Əgər meydana güclü heyətlə çıxmasaq, bizə daha da çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Makedoniya millisinin və “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Nikola Qliqorov deyib.
“Xəzər Lənkəran”ın yeni transferi bu gün PSJ-nin məşhur hücumçusu Zlatan İbrahimoviç və “Qalatasaray”ın forvardı Yohan Elmanderə qarşı oynaya bilər. Baş məşqçi Çedomir Yanevski 29 yaşlı futbolçunu Malmödəki yoldaşlıq görüşündə meydana buraxsa, o zaman Qliqorov cənublu futbolçu kimi millidə ilk oyununu keçirmiş olacaq.
Müdafiəyəmeylli mərkəz oyunçusu ölkəsinin mətbuatına bu gün keçiriləcək görüşlə bağlı bunları deyib: “Bizim rəqibə hörmətimiz var. Ancaq biz onları o qədər də şişirtməməliyik. Komandamızda bir neçə yeni oyunçu var. Bu üzdən onların yeni mühitə uyğunlaşması tələb olunur. Ümid edirəm ki, hamı oynamaq şansından yararlanacaq və özlərini yaxşı tərəfdən göstərə biləcək”.
Qeyd edək ki, İsveç – Makedoniya yoldaşlıq oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0
0