“İnter” Türkiyədə ilk məşqini keçirdi
03.06.2013 - 16:48
İzmit şəhərinin yaxınlığındaki Kartəpə qəsəbəsinin "Green Park" otelində məskunlaşan "İnter" bu səhər Türkiyədə ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, ilk məşqin birinci hissəsini futbolçular topsuz keçirib.
Əsas diqqət qaçışa və isinmə hərəkətlərinə yönəldilib. Daha sonra oyunçular topla yüngül çalışıb.
Qeyd edək ki, “İnter”in Türkiyədə gündə iki dəfə məşq etməsi planlaşdırılır. Bu gün bizim vaxtla saat 19:00-da “bankirlər” axşam məşqinə çıxacaq.

0
0