“Qəbələ”də yeni təyinat - FOTO
03.06.2013 - 18:22
"Qəbələ"nin əsas heyətinə yeni fizioterapevt cəlb olunub. Apasport.az saytının məlumatına görə, daha öncə Azərbaycan milli komandası, "Şəmkir", "Karvan", "Əl-Vəsl" (Birləşmiş Ərəb Əmirlikləri) və "Neftçi" kimi klublarda çalışmış Rahim Məhərrəmov fəaliyyətini "Qəbələ"də davam etdirəcək. Onunla 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, daha öncə bu postda türkiyəli fizioterapevt Ərdoğan Akçiçək çalışırdı. O, həmyerlisi Fatih Kavlakın vaxtında komandaya gəlmişdi.
Xatırladaq ki, daha öncə bu postda türkiyəli fizioterapevt Ərdoğan Akçiçək çalışırdı. O, həmyerlisi Fatih Kavlakın vaxtında komandaya gəlmişdi.
0
0