Roberto Karlos rəsmən hücumçumuzun baş məşqçisi oldu – FOTO
03.06.2013 - 20:00
Roberto Karlos rəsmən hücumçumuzun baş məşqçisi oldu – FOTO
Braziliya milli komandasının sabiq müdafiəçisi Roberto Karlos Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”un rəsmən baş məşqçisi olub. Apasport.az saytının məlumatına görə, Türkiyə klubu 40 yaşlı mütəxəssislə 1+1 sistemi üzrə müqavilə imzalayıb.

Son iş yeri Anji”nin idman direktorluğu vəzifəsi olan Karlosun gəlişinə Sivas azarkeşləri sevinclə qarşılayıblar. Belə ki, Robertonu gətirən avtomobil çətinliklə klubun ofisinə gəlib çıxa bilib.

Qeyd edək ki, “Sivasspor” cari mövsümdə Superliqanı 12-ci pillədə başa vurub.