Neymar “Barselona” ilə rəsmi müqavilə imzaladı - FOTO
03.06.2013 - 21:23
Neymar “Barselona” ilə rəsmi müqavilə imzaladı - FOTO
“Santos”dan “Barselona”ya transfer olunana Neymar Kataloniya təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, müqavilə bağlanmamışdan əvvəl braziliyalı hücumçu öncə tibbi müayinədən keçib.

Daha sonra isə 21 yaşlı futbolçu “Barsa” ilə 5 illik müddətinə rəsmi müqavilə imzalayıb. Ardınca Neymar “Nou Kamp” stadionunda azarkeşlərin önünə çıxıb.

Qeyd edək ki, Neymarla müqavilə imzalanan zaman “Barselona”nın prezidenti Sandro Rosel, vitse-prezidenti Xosep Mariya Bartomeu və idman direktoru Andoni Subisarreta da iştirak edib.