“Sevindirici haldır ki, finala vəsiqə qazandıq”
03.06.2013 - 21:31
“Sevindirici haldır ki, finala vəsiqə qazandıq”
“Belə turnirlər gənc futbolçuların təcrübələrini artırmaq baxımından böyük əhəmiyyət kəsb edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin yığmasının 17 yaşadək futbolçularından ibarət milli komandasının baş məşqçisi Hakan Tecimer deyib.

O, Bakıda keçirilən III Caspian Cup beynəlxalq turnirinin yarımfinal mərhələsində Yaponiya yığmasını 1:0 hesabı ilə məğlub etmələrini dəyərləndirib: “Sevindirici haldır ki, finala vəsiqə qazandıq. Yaxşı hazırlığa malik komandaya qarşı oynadıq. Bir neçə qol imkanımız olsa da, cəmi 1 dəfə fərqlənə bildik”.

Mənbə: affa.az