“Azərbaycan yığması ilə qarşılaşa bilmədik”
03.06.2013 - 21:35
“Azərbaycan yığması ilə qarşılaşa bilmədik”
“Təəssüf ki, finala yüksələrək Azərbaycan yığması ilə qarşılaşa bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Yaponiyanın 17 yaşadək futbolçularından ibarət milli komandasının baş məşqçisi Yoşitake Hirofumiyə məxsusdur.

O, III Caspian Cup beynəlxalq turnirinin yarımfinal mərhələsində Türkiyə yığmasına minimal hesabla uduzmaqlarına şərh verib: “Oyunda çox sayda qol epizodu yaratdığımızı demək olmaz. Türkiyə komandası bizdən daha yaxşı oynayıb qələbə qazandı. Etiraf edim ki, əvvəlki oyunlarla müqayisədə zəif oynadıq”.

Mənbə: affa.az