Joze Mourinyo: “Çelsi” mənim üçün əhəmiyyətlidir
03.06.2013 - 22:15
Joze Mourinyo: “Çelsi” mənim üçün əhəmiyyətlidir
“Çelsi”nin sabiq baş məşqçisi və hazırda London klubunun “sükanı arxası”na keçən Joze Mourinyo qayıdışı haqqında danışıb. Apasport.az saytının məlumatına görə, “zadəganlar” portuqaliyalı mütəxəssisin futbol karyerasında iki ehtiraslı komandandan biridir.

O bildirib ki, “Çelsi” onun üçün əhəmiyyətlidir: “Bunu heç vaxt gizlətməmişəm. Mənim futbol karyeramda iki ehtiraslı komandam olub – “İnter” və “Çelsi”. London klubu mənim üçün inanılmaz əhəmiyyətlidir. İndi burada rəqiblərə qarşı oynamaq çox çətin olacaq. Amma bunu iki dəfə yaşamışam. Həmçinin azarkeşlərə də söz verirəm ki, 2004-cü ildə olduğu kimi, yenə uğurlu çıxış edəcəyik. İndi mən yenidən sizlərdən biriyəm”.

Qeyd edək ki, Mourinyo “Çelsi” ilə hazırda 4 il müddətinə müqavilə imzalayıb. 50 yaşlı mütəxəssis 2004-2007-ci illər arasında London təmsilçisini çalışdırıb. Joze üç il ərzində İngiltərə çempionluğunu, kubokunu və Superkubokunu qazanıb. “Çelsi”dən sonra o, “İnter”ə və “Real”a başçılıq edib.