Syomin “Qəbələ”yə “Lokomotiv”dən futbolçu gətirir
03.06.2013 - 23:02
Moskva “Lokomotiv”inin futbolçusu icarə əsasında “Qəbələ”də çıxış edəcək. Apasport.az saytının məlumatına görə, hələlik həmin oyunçunun adı açıqlanmayıb.
Bu haqda Rusiya mətbuatına Azərbaycan klubu ilə müqavilə imzalayan Yuri Syomin bildirib: “Maminov kimi futbolçuların doğma komandasının əsas heyətində yer almamasına təəccüblənirəm. Vladimir bütün karyerası ərzində “Lokomotiv” üçün çox şey etmişdi. Mən məmnuniyyətlə, yenidən Maminov və “Lokomotiv”in digər oyunçuları ilə işləmək istərdim. Amma indi hər şey məndən deyil, futbolçulardan da asılıdır. Yalnız onu deyə bilərəm ki, biz “Lokomotiv”in bir oyunçusunu icarə əsasında heyətimizə cəlb etmək haqda razılığa gəlmişik. Amma onun soyadını açıqlamaq istəmirəm”.
Rusiya mətbuatı iddia edir ki, bu futbolçu “Lokomotiv”in 39 yaşlı mərkəz yarımmüdafiəçisi Dmitri Loskovdur. Bundan başqa, Syomin “Lokomotiv”in iki sabiq oyunçusu - belorusiyalı qapıçı Anton Amelçenko və Vladimir Maminovu da sərəncamında görmək istəyir.

0
0