Neymarın transferinin dəyəri açıqlandı
03.06.2013 - 23:25
Neymarın transferinin dəyəri açıqlandı
Ötən gün “Barselona” ilə 5 illik rəsmi müqavilə imzalayan Neymarın Kataloniya klubuna transferinin dəyəri açıqlanıb. Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Braziliya milli komandasının hücumçusu üçün “Santos”a 57 milyon avro ödəyib.

Bundan başqa, “Barsa” sözügedən klubla 2 dəfə yoldaşlıq oyunu keçirəcək. Bu haqda “Barselona”nın vitse-prezidenti Xosep Mariya Bartomeu açıqlama verib.

Həmçinin bu müddət ərzində, 21 yaşlı oyunçunu heyətində görmək istəyən hər hansı komanda kataloniyalılara 190 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, “Barselona” yeni transferini ictimaiyyətə təqdim edən zaman “Nou Kamp”a 56 min 500 tamaşaçı toplaşıb. Neymar azarkeşlər önündə çıxışına Kataloniya dilində başlayıb: “Mən “Barselona”nın oyunçusu olmağa çox şadam. İndi çox həyəcanlıyam”, - deyə, braziliyalı hücumçu bildirib.