“Neftçi” və “İnter”in sabiq müdafiəçisinin komandası uduzdu
04.06.2013 - 00:00
“Neftçi” və “İnter”in sabiq müdafiəçisinin komandası uduzdu
DÇ-2014-ün seçmə mərhələsi öncəsi bir neçə komanda yoldaşlıq oyunlarında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Estoniya Belarusla, İsveç Makedoniya ilə münasibətlərinə aydınlıq gətirib.

Tallində baş tutan matçda belaruslu futbolçular 2:0 hesabı ilə qələbə qazanıb. Qonaqların heyətində Anton Putilo və Vitali Rodionov imza atıb.

Malmönün “Svedbank” stadionunda keçirilən oyunda isə İsveç qalib gəlib. Bu görüşdə isə oyunun taleyini bir top həll edib. Matçın 39-cu dəqiqəsində hücumçu Zlatan İbrahimoviçin ötürməsini yarımmüdafiəçi Aleks Kaçanikliç qola çevirib - 1:0.

Qeyd edək ki, Estoniya milli komandasının heyətində “Neftçi” (2008-2010) və “İnter”in (2010-2011) sabiq müdafiəçisi Dmitri Kruqlov 90 dəqiqə forma geyinib.

Yoldaşlıq oyunu
3 may

Estoniya – Belarus – 2:0
Anton Putilo, 32, Vitali Rodionov 80

İsveç – Makedoniya – 1:0
Aleks Kaçanikliç, 39