ABŞ 5-ci, Uruqvay 7-ci və Tacikistan 9-cu oldu - YENİLƏNİB
04.06.2013 - 20:55
III Caspian Cup beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında bu gün final mərhələsi çərçivəsində artıq 2 oyun keçirilib.
Əvvəlcə meydana 7-ci və 5-ci yerlər uğrunda komandalar çıxıb. Belə ki, 7-ci yer uğrunda Bolqarıstanla Uruqvay arasında oyun ikincilərin minimal hesablı qələbəsi ilə nəticələnib. Qrup mərhələsində millimizə uduzan ABŞ isə 5-ci yerin sahibi olmaq üçün Özbəkistanla matçda qələbə qazanmaqda çətinlik çəkməyib.
9-cu yer uğrunda mübarizə Qırğızıstanla Tacikistan yığmaları arasında baş tutub. Burada isə ikincilər meydandan qalib ayrılıb. Qazaxıstanla İordaniya isə turnirin sonuncusu olmamaq üçün yarışıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə İordaniya futbolçuları daha dəqiq oynayaraq, turnirin 11-cisi olub.
Qeyd edək ki, finalda Türkiyə ilə qarşılaşacaq milli komandamız sabah meydana çıxacaq.
4 iyun
7-ci yer uğrunda oyun
Bolqarıstan – Uruqvay - 2:3
5-ci yer uğrunda oyun
ABŞ - Özbəkistan - 5:2
9-cu yer uğrunda oyun
Qırğızıstan – Tacikistan - 1:2
11-ci yer uğrunda oyun
Qazaxıstan – İordaniya - 2:2 (pen - 6:7)

0
0