“Xəyallarım gerçək oldu”
04.06.2013 - 03:01
“Xəyallarım gerçək oldu”
“Xəyallarım gerçək oldu. Mənə çox təkliflər var idi, amma ürəyimin çağırışını izlədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın yeni transferi Neymar deyib.

Braziliya milli komandasının hücumçusu Kataloniya klubuna gəlişini dəyərləndirib: “Əlbəttə, pul əhəmiyyətlidir, amma birinci yerdə idman olmalıdır. Ümid edirəm ki, Avropa futboluna tez alışmağı bacaracağam. Səbirsizliklə Messi ilə birlikdə oynamaq imkanını gözləyirəm. Mənim qərarıma təsir etmiş Dani Alveşə ayrı təşəkkür demək istəyirəm”.

Qeyd edək ki, Neymar “Santos”dan “Barsa”ya 57 milyon avroya transfer olunub. O, kataloniyalılarla 5 illik müqavilə imzalayıb.