Arşavin karyerasını “Beşiktaş”da davam etdirə bilər
04.06.2013 - 03:31
Arşavin karyerasını “Beşiktaş”da davam etdirə bilər
Rusiya milli komandası və “Arsenal”ın sabiq futbolçusu Andrey Arşavin karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi ilə “Beşiktaş” yaxından maraqlanır.

Artıq Arşavinlə İstanbul təmsilçisinin nümayəndələri görüşüb. Andrey “qara qartallar”dan illik 3 milyon avro istəyib. Klub rəhbərliyi isə hələ ki son cavabı verməyib.

Qeyd edək ki, Arşavinin mövsümün sonunda “Arsenal”la müqaviləsi başa çatıb. O, 2009-cu ildən “topçular”ın heyətində çıxış edib. Andrey bu illər ərzində 144 matçda forma geyinib və 31 qola imza atıb.