Yohan Kroyff: Mourinyo şəxsi maraqları üçün çalışır
04.06.2013 - 04:05
Yohan Kroyff: Mourinyo şəxsi maraqları üçün çalışır
“Mourinyo ətrafında hər şeyə barmaq sancmağa başladı. “Real”da onun işləri necə lazımdır getmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya futbolunun əfsanəsi və Hollandiya milli komandasının sabiq futbolçusu Yohan Kroyff deyib.

“Barselona”nın sabiq çalışdırıcısı “Çelsi”nin yeni baş məşqçisi Joze Mourinyonun London klubuna qayıdışını dəyərləndirib: “Joze klubda insanları bir-birinə qarşı qurmağa başladı. Portuqaliyalı mütəxəssis şəxsi maraqları üçün çalışır. Futbol belələrini sevmir, belə şeylər sadəcə, komandanın ruhunu dağıdır. Bu, Madriddə onun müvəffəqiyyətsizliyinin əsas səbəbi oldu. Düşünmürəm ki, gələcəkdə Mourinyo nəyəsə əhəmiyyətli nail olacaq”.

Qeyd edək ki, Yohan Kroyff 1988-1996-cı illər arasında “Barselona”ya rəhbərlik edib. O, 1992-ci ildə Kataloniya klubu ilə Çempionlar Liqasını qazanıb.