“Mançester Siti” ilk transferini rəsmiləşdirdi
04.06.2013 - 05:12
“Mançester Siti” ilk transferini rəsmiləşdirdi
“Mançester Siti” ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ingilis klubu “Sevilya”nın yarımmüdafiəçisi Xesus Navasın keçidini həll edib.

Bu haqda İspaniya təmsilçisinin rəsmi internet saytı açıqlayıb. Navas tibbi müayinədən keçdikdən sonra “şəhərlilər”lə müqavilə imzalayacaq. Lakin ispaniyalı futbolçunun transferinin dəyəri haqda məlumat verilməyib.

Qeyd edək ki, Xesus Navas 2003-cü ildən “Sevilya”nın heyətində çıxış edir. O, bu illər ərzində 393 matçda forma geyinib. Navas “Sevilya”da iki dəfə İspaniya kubokunu və Superkubokunu, iki dəfə UEFA kubokunu və bir dəfə də Avropa Superkubokunu qazanıb.