İker Kasilyas: Mən Mourinyodan küsmürəm
04.06.2013 - 05:42
“Mən Mourinyodan küsmürəm. Heç vaxt onunla pis münasibətdə deyildim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın qapıçısı İker Kasilyas deyib.
İspaniya milli komandasının qolkiperi Joze Mourinyonun “Çelsi” ilə 4 illik müqavilə imzalamasını şərh edib: “Bəli, o, belə qərarı qəbul etdi. Çünki Joze bunu klub üçün ən yaxşı hesab edirdi, amma mən onun işinə qarşı çıxa bilməzdim. Təəssüf ki, biz Çempionlar Liqasını qazanmağı bacarmadıq, ancaq mən yalnız Mourinyoya “Çelsi”də uğur diləyə bilərəm. Joze “Real” üçün bütün ruhunu qoydu”.
Qeyd edək ki, Joze Mourinyo mövsümün ikinci yarısından etibarən Kasilyası ehtiyat oyunçular skamyasında saxlayaraq, qapını isə Dieqo Lopesə tapşırıb.

0
0