Mourinyonun “Çelsi”də köməkçiləri müəyyənləşdi
04.06.2013 - 06:00
Mourinyonun “Çelsi”də köməkçiləri müəyyənləşdi
“Çelsi” ili 4 illik müddətinə müqavilə imzalayan Joze Mourinyo məşqçi qərargahını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin “zadəganlar”ın heyətində 3 yeni köməkçiləri olacaq.

Bunlar Rui Faria, Silvino Louro və Joze Moraişdir. Bundan başqa, London klubunun sabiq çalışdırıcısı Rafael Beniteslə işləyən Stiv Holland, Kristof Lollişon və Kris Cons da Mourinyonun məşqçi qərargahında qalacaqlar.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2004-2007-ci illər arasında London təmsilçisini çalışdırıb. Joze üç il ərzində İngiltərə çempionluğunu, kubokunu və Superkubokunu qazanıb. “Çelsi”dən sonra o, “İnter”ə və “Real”a başçılıq edib.