Millimizin futbolçusu üçün daha bir braziliyalı məşqçi
04.06.2013 - 08:25
Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara daha bir braziliyalı məşqçi ilə işləyəcək. Apasport.az saytının məlumatına görə, hücumçumuzun şərəfini qoruduğu “Sivasspor”a baş məşqçi təyin olunan Roberto Karlos həmyerlisi, dostu Sezar Dominquşu özünə köməkçi götürüb.
Klub prezidenti Məcnun Diakmaz təkcə baş məşqçini yox, idman direktorunu də dəyişməyi qərara alıb. Belə ki, bu posta komandanın sabiq yarımmüdafiəçisi Murat Ərdoğan gətirilib. Rəhbərlik Karlosun qarşısında ilk 10-luqda mübarizə aparan rəqabətədavamlı komanda yaratmaq vəzifəsini qoyub.

0
0