“Xəzər Lənkəran”ın yeni transferi əvəzedilməz oldu
04.06.2013 - 08:29
“Xəzər Lənkəran”ın ölkə xaricindən etdiyi hələ ki ilk və yeganə transferi olan Nikola Qliqorov yığmasında 15-ci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, makedoniyalı futbolçu ilk dəfə cənublu oyunçu kimi İsveçə qarşı oynayıb.
Belə ki, dünən Malmödə baş tutan oyunda İsveç yığması Makedoniyanı qəbul edib. Baş məşqçi Çedomir Yanevski Qliqorova ilk dəqiqələrdən şans verib. Dayaq yarımmüdafiəçisi kimi çıxış edən 29 yaşlı futbolçu matçı əvəzolunmadan keçirib. Oyuna gəlincə, 39-cu dəqiqədə İsveçin serbmənşəli sol cinah futbolçusu Aleksandr Kaçanikliçin vurduğu qol həlledici olub.
Qeyd edək ki, Nikola Qliqorovun iyunun 11-də digər Skandinaviya təmsilçisi - Norveçə qarşı da oynamaq imkanı var. Çünki bu futbolçu Oslodakı yoldaşlıq oyununa da dəvətlidir.

0
0