“Orduspor” yenidən azərbaycanlı futbolçu istəyir
04.06.2013 - 09:40
“Orduspor” yenidən azərbaycanlı futbolçu istəyir
Türkiyənin “Orduspor” klubu I liqaya qayıdandan sonra heyətlə bağlı strategiyasını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Superliqada yerini qoruya bilməyən komanda yenidən azərbaycanlı futbolçunun xidmətində maraqlıdır.

Belə ki, Türkiyənin I divizionda türk ölkələrindən futbolçular legioner sayılmadığından, həmin 3 vakant yerə ölkəmiz də namizəd sayılır. Belə ki, bunadək Qazaxıstan, Azərbaycan kimi ölkələrin futbolçularını oynadan “Orduspor” bu güzəştdən istifadə etmək istəyir. Klub prezidenti Nedim Türkmən ilk olaraq Qazaxıstana baş vuraraq bu ölkənin “Çaykur Rizəspor”da çıxış edən yığma üzvləri – qapıçı David Loriya ilə müdafiəçi Samak Smakovu heyətlərinə qatmağa hazır olduqlarını açıqlayıb.

Qeyd edək ki, “Orduspor” vaxtilə millimizin futbolçusu olan yarımmüdafiəçi Anatoli Ponomaryovu transfer etmişdi.