“Con Toşakın “Xəzər Lənkəran”a gəlməsindən xəbərdaram”
04.06.2013 - 11:35
“Sabiq “Beşiktaş”lılar Oktay Dərəlioğlu ilə Əhməd Dursunun ölkənizdə çıxış etdiyini eşitmişdim. Ancaq açığı, onların çıxışlarından, neçə qol vurmalarından xəbərim yox idi. Məncə, onların Azərbaycan karyerası çox uzun sürmədi”. Bunu apasport.az saytına “Beşiktaş”ın aşağı yaş qrupları üzrə koordinatoru Əmrah Bayraktar deyib.
II Qəbələ Kuboku turnirində 5-ci yeri tutmuş “Beşiktaş”ın nümayəndə heyətinə rəhbərlik edən Bayraktar “Xəzər Lənkəran”da çıxış etmiş Oktayla Ahmetin ölkəmizdəki karyerası haqda az məlumatlı olsa da, “Atletiko”nun Bakıya gəlməsindən xəbərdardır: “Atletiko”nun Bakıya gəldiyindən xəbərimiz oldu. Çünki heyətində bir türk futbolçu Arda Turan da olduğu üçün Madrid klubunu mətbuatdan izləyirdik. Üstəlik, bütün dünya mətbuatı “Atletiko”nun Bakıda oynayacağından yazırdı”.
36 yaşlı mütəxəssis futbolumuzda baş verənlərdən məlumatlı olduğunu isə bu sözlərlə ifadə etdi: “Azərbaycan futbolunu zaman-zaman izləyirəm. Çempionat oyunları televiziya vasitəsilə davamlı olaraq verilmədiyindən, Premyer Liqa oyunlarına çox da baxa bilmirəm. Amma çempionatınızdan xəbərdaram. Son 3 ildə “Neftçi”nin çempion olmasını bilirəm. Sonuncu dəfə Azərbaycan kubokunu aldıqlarından da məlumatlıyam. Con Toşakın “Xəzər Lənkəran”a gəlməsindən, Rüştü Rəçbərlə Rıdvan Dilmənin kubokun finalını izləməsi üçün Bakıya gəlməsindən də xəbərdaram. Bundan başqa, Türkiyə Futbol Federasiyası AFFA-ya Superkubokla bağlı müraciət edib. Yəni uzaqdan da olsa, Azərbaycan futbolunu izləyirəm”.
Səbuhi TOFİQOĞLU

0
0