“Qalatasaray”ın sabiq məşqçisi: “Qəbələ”də doğru işlər görülür - MÜSAHİBƏ
04.06.2013 - 12:26
“Qalatasaray”ın sabiq məşqçisi, hazırda “Beşiktaş”ın aşağı yaş qrupları üzrə koordinatoru olan Əmrah Bayraktarın apasport.az saytına müsahibəsi
- Qəbələdə 15 yaşadək futbolçular arasında möhtəşəm turnir keçirildi. İlk dəfə qatıldığınız bu yarışla bağlı fikirlərinizi öyrənmək istərdik.
- “Beşiktaş” klubu olaraq beynəlxalq turnirlərdə iştirak etməyə üstünlük veririk. 40-a yaxın daxili və xarici turnirlərdə iştirak edirik. Çünki uşaqlarımızın belə turnirlərdə təcrübə qazanacaqlarını bilirik. Çempionatda olduğu kimi, turnir mədəniyyətini də öyrənməyin çox vacib olduğuna inanırıq. Dünya və Avropa çempionatlarının özü də turnir şəklində keçirilir. Ona görə də belə yarışlar çempionatdan fərqlənir. Qrupdan çıxmağın özünün riyazi cəhətləri var. Belə şeyləri indidən öyrənmək lazımdır. Həm də futbolçularımız belə turnirlərdə iştirak etməklə əcnəbi həmkarlarından nələrsə öyrənmək, eyni zamanda mədəni və sosial baxımdan da inkişaf etmək imkanı əldə edir.
-Sizdən öncə baş məşqçiniz Kaan Dəmirlə danışmışdıq. O, söyləmişdi ki, əsas yaxşı oyun göstərməkdir. Belə çıxır ki, komandanız sonuncu olsaydı, məyus olmayacaqdınız?
- “Beşiktaş”ın aşağı yaş qruplarında 9-19 yaş arası futbolçular var. Kiçik yaşlarda oyunçularımızın qələbədən çox, öyrənmələrinə üstünlük veririk. Onlar böyüdükcə qələbəni də öyrənmələrini, qalib psixologiyasına yiyələnmələrini də istəyirik. Təbii ki, hər qatıldığımız turnirdə, hər oyunda “Beşiktaş” qələbə qazanmaq istəyər. Ancaq dediyim ki, aşağı yaş qruplarında nəticə bizim üçün o qədər də önəm kəsb etmir.
- Turnirə dəvət almamışdan öncə Qəbələdəki meydançaların durumundan xəbəriniz var idi?
- Bu məsələ ilə bağlı digər qonaq komandalara nisbətən daha xəbərdar idik. Çünki burda həmkarımız Halim Fıçıcı işləyir. “Qalatasaray”da eyni yerdə onunla işləmək imkanı da əldə etmişik. Ondan bura haqqında mütəmadi olaraq məlumat alırdıq. Bura gələndə təbii ki, meydançaların durumu xoşumuza gəldi. Ancaq məlumatlı olduğumuzdan, digər klublar kimi sürprizlə üzləşmədik.
- “Qalatasaray”la “Beşiktaş” əzəli rəqiblərdir. Sizin əvvəl “Qalatasaray”da, daha sonra “Beşiktaş”da çalışmağınız bir az qəribə səslənir...
- Mən “Beşiktaş”ın aşağı yaş qruplarında futbolçu karyerama başlamışam. Təhsilimi orda aldım. Daha sonra keryaramın erkən yaşlarında “Qalatasaray”da çalışmışam. 2011-ci ilin sonlarından isə “Beşiktaş”dayam.
- Türkiyədə “Qalatasaray”lı kimi tanınırsınız. Orda nə vəzifəsində işləmisiniz?
- 3 il U-19-un baş məşqçisi olmuşam. Əsas komandada isə köməkçi vəzifəsində çalışmışam.
- “Qalatasaray”ın əsas komandasında hansı baş məşqçinin köməkçisi olmusunuz?
- Belçikalı Erik Geretsin.
“Beşiktaş” Futbol Akademiyasının direktoru Əmrah Bayraktarın apasport.az saytına müsahibəsi
- Turnir iştirakçılarından olan “Bakı” Akademiyasının baş məşqçisi Yüksəl Kepoğlu da türkdür. Onunla tanışlığınız varmı?
- Xeyr, onu tanımıram.
- “Qəbələ”nin əsas komandası ilə bağlı nə eşitdiniz?
- Məncə, “Qəbələ”də doğru işlər görülür. Burda 5-6 illik müddətdə aşağı yaş qruplarını inkişaf etdirmək lazımdır. İnkişaf olmazdısa, bahalı transferlər edilsəydi, maliyyə baxımından çoxlu pul itkisinə səbəb olacaqdı. Bu klubun prezidentini baxışlarına görə təbrik etmək lazımdır. Əvvəl aşağı yaş qruplarını formalaşdırdı, səbirli şəkildə gözlədi. Bu yaş qrupları bir gün meyvələrini verəcək. Bir gün “Qəbələ”nin əsas komandası da öz yağında qovrulan bir nöqtəyə gələcək. Burda uşaqların futbol oynaması Qəbələ rayonu üçün də sosial bir hadisədir. Bəlkə bir gün onlar peşəkar futbolçu olmayacaq, ancaq onlar idmanı sevən birisi kimi və ya “Qəbələ” azarkeşi kimi böyüyəcək. Həm də beləcə pis vərdişlərdən uzaq olacaqlar.
- Toni Adamsla Qəbələdə olarkən görüşmək imkanınız oldu?
- Bəli, məhz turnir əsnasında tanış olduq. Mən dediyim kimi, digər komandaların məşqçilərinə nisbətən daha məlumatlı olduğumdan, Adamsın burda işləməsindən xəbərdar idim.
- “Qəbələ”də əvvəl türk məşqçi Fatih Kavlak da çalışıb...
- Onu yaxından tanıyıram. Kavlak mənim tələbəm olub. Çünki mən eyni zamanda Türkiyə Futbol Federasiyasında məşqçiliyə dair təlimlər keçmişəm.
- Yannik Kamanan, Deyan Kelhar, Viktor Mendi və Umar Kalaban kimi Türkiyə Superliqasında çıxış etmiş futbolçular “Qəbələ”də oynayır. Sizcə, belə futbolçuların ölkəmizə gəlməsi Azərbaycan futbolunu irəli apara bilərmi?
- Türkiyədə də belə şeylər olur. Gözdən düşmüş ulduzlara çox böyük pullar verilir. Türkiyədə gözdən düşmüş futbolçuların Azərbaycana gətirilməsinin düzgün olmadığını düşünürəm. Ümid edirəm ki, Azərbaycanda klublar aşağı yaş qruplarından çıxmış futbolçulara oynamaq imkanı yaradacaq. Bu həm Azərbaycan millisi, həm də klubların özləri üçün irəli doğru addım olar. “Qəbələ”yə gələn oyunçu həm insanlığı, xarakteri, futbolçu olmağı ilə hamıya, xüsusən də gənclərə nümunə olmalıdır.
- Türkiyənin U-16 komandası hazırda Bakıda keçirilən “Caspian Cup” turnirində iştirak edir. Ancaq heyətdə “Beşiktaş”dan futbolçu yoxdur. Bunun səbəbi nədir?
- Millinin məşqçiləri belə seçim edib. Bizə qalsa, belə deyil. Bəlkə də haqlı ola bilərlər. Çünki bir yaş qrupu istisna olmaqla, 19 yaşadək olan bütün komandalarımızla Türkiyə çempionatında çıxış etdik. Bəzisində çempion olduq. “Beşiktaş” bütün yaş qrupları üzrə çempionatlara qatılan yeganə klubdur. Yalnız U-16 komandamız çempionatda iştirak edə bilmədi. Bəlkə də bu üzdən millimizə də “Beşiktaş”dan futbolçu çağırılmayıb. Ancaq bu il bu yaş üzrə komandamızın da inkişafı üzərində işləyəcəyik.
- “Beşiktaş” Akademiyasında heç azərbaycanlı və ya azərbaycanmənşəli futbolçu varmı?
- Hazırda yoxdur. Ancaq ola bilər. Çünki “Qəbələ” Futbol Akademiyası rəhbərliyi ilə danışmışam. Onlardan 1-2 futbolçu gəlib bizdə təhsil alacaq. Ola bilər ki, bizdən də eyni sayda futbolçu Qəbələyə yollansın. Bu məsələni növbəti il üçün təşkil etmək istəyirik. Qarşılıqlı şəkildə protokollar imzalandıqdan sonra futbolçu mübadiləsi rəsmiləşəcək. Bu təşəbbüsün mən tərəfdən gəldiyini də deməliyəm.
Səbuhi TOFİQOĞLU

0
0