“AFFA-nın qərarında siyasi anları istisna edirəm”
04.06.2013 - 15:22
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyə Superkuboku uğrunda “Qalatasaray” – “Fənərbaxça” oyununun Bakıda keçirilməyi ilə bağlı bu ölkənin futbol federasiyasının (TFF) etdiyi rəsmi təklifdən imtina etmələrinə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, Məmmədov Rusiya mətbuatına açıqlamasında problemin vaxt azlığı ilə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, imtinada siyasi məqsəd axtarmaq lazım deyil: “Təəssüf ki, matçın keçirilməyinin hazırlığına çox az vaxtımız var. Bundan başqa, əvvəldən çoxlu digər tədbirlərimiz planlaşdırılıb. Üstəlik, AFFA yerli klubların avrokuboklara, yığmanın dünya çempionatının seçmə mərhələsinin payızdakı oyunlara hazırlığı ilə məşğuldur. AFFA-nın bu qəbul etdiyi qərarında hansısa siyasi anları istisna edirəm”.
Qeyd edək ki, TFF ölkədən kənarda Almaniya, Avstriyada keçirdiyi Superkubok oyunlarının bu dəfə Bakıda olmağı ilə bağlı mayın sonunda AFFA-ya etdiyi müraciətin iyunun 3-dək cavablandırılmağını xahiş etmişdi.

0
0