Arif İsayev: Lüksemburqla oyunda əlimizdən gələni edəcəyik
04.06.2013 - 16:39
Arif İsayev: Lüksemburqla oyunda əlimizdən gələni edəcəyik
“Lüksemburqla oyuna hazırlığımız normal davam edir. Biz həmin matçda qələbə qazanmaq istəyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Arif İsayev deyib.

Türkiyənin “Dənizlispor” klubunun yarımmüdafiəçisi uzun fasilədən sonra milliyə qayıdaraq, Qətərlə 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə iştirak edib.

Arif 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-də Lüksemburq yığması ilə Bakıdakı oyunda meydana 3 xal üçün çıxacaqlarını bildirib: “Uzun müddətdən sonra evdə oynayacağıq və ilk qələbəmizi qazanmağı qarşımıza məqsəd qoymuşuq. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik”.