Millinin düşərgəsində şad xəbər
04.06.2013 - 18:05
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla oyun öncəsi üzləşdiyi problemlər arxada qalıb. Bu barədə apasport.az saytına yığma komandanın baş inzibatçısı İslam Abbasov məlumat verib.
O bildirib ki, az öncə zədə alan futbolçuların vəziyyətləri indi yaxşıdır.
Belə ki, millimizin kapitanı Rəşad Sadıqov tam gücü ilə hazırlaşır. Mahir Şükürovla Pərdis Fərcad-Azadın yüngül zədələri olsa da, onlar da məşqlərdə iştirak edirlər: “Yalnız Cihan Özkara istisna təşkil edir ki, onun millimizdən artıq kənarlaşdırıldığı haqda məlumat vermişik. Hücumçu Qətərdəki təlim-məşq toplanışı aldığı zədədən sonra Bakıda məşqlərini davam etdirə bilmədi. Ancaq digər futbolçularımızın hamısı Lüksemburqla oyuna hazırlaşır”.
Abbasov Qətərdəki yoldaşlıq görüşünə aparılan, hazırda da millimizin düşərgəsində olan keçmiş kapitan Aslan Kərimovun də iştirakına aydınlıq gətirib: “Bildiyiniz kimi, Aslan 16 yaşlılardan ibarət yığmamızın baş məşqçisidir. Onun millimizin təlim-məşq toplanışında iştirakı təcrübə qazanmağı məqsədi ilədir. Gələcəkdə hər şey mümkündür. Buna baş məşqçi Berti Foqts qərar verəcək. Hazırda onun azərbaycanlı köməkçisi Nazim Süleymanovdur”.

0
0