“Altıncı olmağımız bizim üçün qənaətbəxş nəticədir”
04.06.2013 - 21:00
“Altıncı olmağımız bizim üçün qənaətbəxş nəticədir”
“İlk növbədə bizi buraya dəvət etdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Buradakı şərait, təşkilatçılıq əla idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Özbəkistanın 17 yaşadək futbolçularından ibarət milli komandasının baş məşqçisi Timur Alimhodjayevə məxsusdur.

O, III Caspian Cup beynəlxalq turnirinin 5-ci yer uğrunda keçirilən oyunda ABŞ yığmasına uduzmaqlarına (5:2) şərh verib: “Dəvət olarsa, qarşıdakı illərdə də böyük məmnuniyyətlə “Caspian Cup” turnirində iştirak edərik. Komandamız 16 yaşadək futbolçulardan təşkil olunub və bu yarış onlar üçün böyük təcrübə oldu. 12 komanda arasında 6-cı olmağımız bizim üçün qənaətbəxş nəticədir”.

Mənbə: affa.az