“Monako” “Liverpul”un müdafiəçisini transfer etməyə yaxındır
04.06.2013 - 21:52
“Monako” “Liverpul”un müdafiəçisini transfer etməyə yaxındır
Yeni mövsümü ciddi hazırlaşan “Monako” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Fransa çempionatının aşağı divizionunda çempion olub, Liqa 1-ə vəsiqə qazanan knyazlıq klubu Ceyms Rodriqes, Juan Motinyunu, Rikardo Karvalyo və Radamel Falkaonun ardıca gözünü “Liverpul”un mərkəzi müdafiəçisi Daniel Agger dikib.

“Monako” artıq danimarkalı futbolçuya 4 illik müqavilə də təklif edib. “Liverpul” komandanın əsas oyunçularından birini buraxmaq niyyətində deyil, amma ingilislər Fransa təmsilçisinin 20 milyon avroluq təklifini qəbul etməyə hazırdır. Yerli mətbuat iddia edir ki, Aggerin “Monako”ya keçidi çox yaxındır.

Qeyd edək ki, son zamanlar Danielə “Mançester Siti” və “Barselona” da maraq göstərirdi. Hazırda Agger belindən zədəlidir və o, bərpa kursu keçir.