Maykl Tayson: Həbsxanada qız dostlarım vardı
04.06.2013 - 23:01
Maykl Tayson: Həbsxanada qız dostlarım vardı
Məşhur boksçusu Maykl Tayson ABŞ televiziyalarının birinə maraqlı və səmimi etiraflar edib. Apasport.az saytının məlumatına görə, ağır çəkili dünya çempionu zirvəyə yüksəldiyini, lakin 1992-ci ildə 18 yaşındakı gözəllik kraliçası - Desiriyə Vaşinqtonda təcavüz edib, 3 il 6 ay həbs cəzası çəkdiyi dövrlərdə dəyişdiyini bildirib.

Tayson televiziyada həbsxana həyatından danışıb: “Həbsxanada olduğum müddətdə də, lüks bir yerdə qalırdım. Sadəcə çöldəki kimi deyildi. Yeməyim vardı, istədiyim hər şeyə sahib olurdum. Orada qız dostlarım belə vardı”.

1995-ci ildə azadlığa buraxılan Maykl həyatının daha fərqli olduğunu vurğulayıb: “Azadlıqda olduqdan sonra, açığı çox qorxdum. Sizlər ə belə bir vəziyyətlə üzləşmək istəməzdiniz. Əvvəl bank hesabımda 400 milyon dolar pulum vardı. Ancaq sonra 4000 saniyədə necə həyatda qalacağımı bilmirdim”.