Serbiyalı mütəxəssis rəsmən “Valensiya”da
04.06.2013 - 23:20
Serbiyalı mütəxəssis rəsmən “Valensiya”da
“Valensiya”nın yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, Miroslav Dukiçdir.

47 yaşlı mütəxəssis rəsmən “yarsalar”ın “sükanı arxası”na gətirilib. Serbiyalı çalışdırıcı iyunun 5-də xüsusi mətbuat konfransında ictimayyətə təqdim ediləcək

Qeyd edək ki, Dukiç 1997-2003-cü illər arasında futbolçu kimi “Valensiya”nın formasını geyinib. Onun son iş yeri isə “Valyadolid” olub.