“Atletiko” “Fənərbaxça”ya rəqib oldu
05.06.2013 - 01:00
“Atletiko” “Fənərbaxça”ya rəqib oldu
“Zenit”n müdafiəçisi Bruno Alveşi transfer etmək istəyən “Fənərbaxça”ya rəqib çıxıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçunu “sarı bülbüllər”dən başqa “Atletiko” da heyətində görmək niyyətindədir.

Madrid klubu ötən il də transfer etmək istədiyi Alveşlə bu dəfə müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, Bruno 2010-cu ildə “Porto”dan “Zenit”ə 22 milyon avroya keçib.