Rumıniya Trinidad və Tobaqonu darmadağın etdi
05.06.2013 - 01:41
Rumıniya Trinidad və Tobaqonu darmadağın etdi
DÇ-2014-ün seçmə mərhələsi öncəsi bir neçə milli komandalar yoldaşlıq oyununda qüvvələrini sınayıb. Apasport.az saytının məlumatına görə, yeddi görüşdə qapılara 20 qol vurulub.

Belə ki, Buxarest şəhərində Rumıniya yığması Trinidad və Tobaqo millisini qəbul edib. Qarşılaşmada meydan sahibləri rəqibini darmadağın edib – 4:0

Krakovda baş tutan oyunda isə Polşa ilə Lixtenşteyn münasibətlərinə aydınlıq gətirib. Polşalı futbolçular ikinci hissədə vurduqları qollarla görüşdən qalib ayrılıb.

Digər görüşlərdə isə Yeni Zelandiya İordaniyaya, Myanma Sinqapura, Honkonq Filippinə, Əfqanıstan Tacikistana, Qazaxıstan isə Bolqarıstana uduzub. Misir – Botsvana matçında isə qalib müəyyənləşməyib – 1:1.


Yoldaşlıq oyunları
4 may

Yeni Zelandiya – İordaniya - 0:1
Myanma – Sinqapur - 0:2
Honkonq – Filippin - 0:1
Tacikistan – Əfqanıstan – 3:2
Qazaxıstan – Bolqarıstan – 1:2
Misir – Botsvana – 1:1
Rumıniya - Trinidad və Tobaqo – 4:0
Polşa – Lixtenşteyn – 2:0