“Andrey Arşavin Rusiyaya qayıda bilər”
05.06.2013 - 02:31
“Beşiktaş”? Bununla bağlı danışmaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavinin agenti Skott Fişer deyib.
O, “Beşiktaş”ın 32 yaşlı yarımmüdafiəçiyə maraq göstərməsinə şərh verib: “İndi bizdə bir neçə variant var. Bu müxtəlif ölkələrin klublardır. Andrey də tətildədir. Həftə sonunda biz bütün vəziyyəti müzakirə edib, qərar verməyi planlaşdırırıq. Arşavinin Rusiyaya qayıtmaq ehtimalı var. Bütün variantlara baxmaq, anlamaq lazımdır. Andrey əvvəlki kimi çox iddialıdır. O, çox gözəl futbolçudur. Həmçinin yaxşı yaşdadır və oynamağa da hazırdır”.
Qeyd edək ki, 2009-cu ildən “Arsenal”ın şərəfini qoruyan Arşavinin mövsümün sonunda “topçular”la müqaviləsinin müddəti başa çatıb.

0
0