Caspian Cup: Yığmamız finalda uduzdu - YENİLƏNİB
05.06.2013 - 20:44
Caspian Cup: Yığmamız finalda uduzdu - YENİLƏNİB
Bu gün III Caspian Cup beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən yarışın final mərhələsində 2 matç baş tutub.

Əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib. Burada yarımfinal mərhələsində millimizə məğlub olan Gürcüstanla Yaponiya qarşılaşıb. Matçın əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə Asiya təmsilçiləri 5:3 hesabı ilə qalib gələrək, yarışın bürünc mükafatına sahib olublar.

Həlledici oyunda isə yığmamızla Türkiyə üz-üzə gəlib. Burada qapılara 5 qol vurulub. Nikolay Adamın yetirmələri qardaş ölkənin milli komandasına 4:1 hesabı ilə uduzaraq, III Caspian Cup beynəlxalq turnirini ikinciliklə başa vurublar.


5 iyun

3-cü yer uğrunda oyun
Gürcüstan – Yaponiya - 0:0 (pen. 3:5)

Final
Azərbaycan - Türkiyə - 1:4