Serxio Ramos: Biz hamımız Ançelottini gözləyirik
05.06.2013 - 03:36
Serxio Ramos: Biz hamımız Ançelottini gözləyirik
“Təəssüf ki, mən məşqçini seçmirəm. Yoxsa, bu məsələ artıq həll olardı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Real”ın müdafiəçisi Serxio Ramosa məxsusdur.

İspaniya milli komandasının futbolçusu PSJ-nin baş məşqçisi Karlo Ançelottinin Madrid təmsilçisinin “sükanı arxası”na keçmə ehimalını dəyərləndirib: “Mən Florentino Peresə demişəm ki, bizə Ançelotti lazımlıdır. O, hamıya söz verdi ki, Karlo bizdə işləyəcək. Mourinyo gəlincə isə o, yaxşı məşqçidir, amma Joze heç vaxt “Real”ı sevmirdi. Portuqaliyalı mütəxəssis özü mənə deyirdi ki, onun ürəyi həmişə “Çelsi” və “İnter”lədir. Budur o, öz ailəsinə qayıtdı, uğurlar ona”.