Xavyer Maskerano Radamel Falkaonu təriflədi
05.06.2013 - 04:20
“Falkao son illər ərzində dünyanın ən yaxşı hücumçulardan biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi Xavyer Maskerano deyib.
O, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Kolumbiya ilə oyun öncəsi fikirlərini bildirib.
Maskerano bu komandanın forvardı Radamel Falkaonu tərifləyib: “Radamel son 3-4 mövsümdə öz üzərində çalışdı. Amma bizim komandamızda onun qarşısını saxlamaq üçün bacarıqlı oyunçular var. Bununla belə, sona qədər ayıq olmaq lazımdır, axı Falkao istənilən səhvi qola çevirməyi bacarır”.
Qeyd edək ki, Argentina – Kolumbiya matçı iyunun 8-də keçiriləcək.

0
0