Boris İqnatyev: “Qəbələ” variantı qeyri-realdır
05.06.2013 - 05:27
Boris İqnatyev: “Qəbələ” variantı qeyri-realdır
“Torpedo”nın baş məşqçisi Boris İqnatyev “Qəbələ”nin yeni çalışdırıcısı Yuri Syominin köməkçisi olmayacaq. Apasport.az saytının məlumatına görə, bu haqda Rusiya yığmasının da baş məşqçisi olmuş mütəxəssisin özü yerli mətbuata açıqlamasın da bildirib.

73 yaşlı çalışdırıcı bu xəbəri qəti surətdə təkzib edib: “Mən bu haqda internetdən oxudum. “Qəbələ” variantı qeyri-realdır. Mənim “Torpedo” ilə növbəti mövsümə qədər müqaviləm var. Syomin məni ora dəvət etdimi? Biz daim onunla zəngləşirik. Hətta Yuri Azərbaycana gedəndən sonra da danışırıq. Düzünü desək, bu nəzakətli sual deyil. İndi mən “Torpedo”nun məşqçisiyəm. Biz artıq yeni mövsümə hazırlığın planlarını çalışırıq”.

Qeyd edək ki, Boris İqnatyev Yuri Syominlə xeyli müddət birgə işləyib. 2003-2004-cü və 2005-2006-cı illərdə “Lokomotiv”in idman direktoru olan çalışdırıcının bu postdakı ilk dönəmində Syomin baş məşqçi olub. 2009-2012-ci illərdə isə əvvəl Kiyev “Dinamo”su, ardınca “Lokomotiv”, sonradan yenidən “Dinamo”da baş məşqçi Syominin köməkçisi İqnatyev olub. 2012-ci ildən isə Rusiyanın I dəstəsində mübarizə aparan Moskva “Torpedo”sunu çalışdırır və bu günə kimi də sözügedən klubun “sükanı arxası”ndadır.