Mourinyo “Fiorentina”nın hücumçusunu istəyir
05.06.2013 - 06:10
Mourinyo “Fiorentina”nın hücumçusunu istəyir
“Çelsi”nin yeni baş məşqçisi Joze Mourinyo London klubunda transfer hazırlıqlarına indidən başlayır. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis “Fiorentina”nın hücumçusu Stevan Yovetiçi tezliklə sərəncamında görmək istəyir.

Bu futbolçu Mourinyonun transfer siyahısının ilk pilləsində qərarlaşıb. O, artıq bununla bağlı klubun direktorlar şurasına müraciət edib.

Qeyd edək ki, Yovetiçi “Çelsi” ilə yanaşı, İngiltərənin digər klubu “Arsenal”da istəyir.