“Rəvan” 2 futbolçu ilə müqavilə bağlayır
05.06.2013 - 10:36
“Rəvan” daha 2 futbolçunun transferini rəsmiləşdirmək üzrədir. Apasport.az saytının məlumatına görə, paytaxt klubu qapıçı Fuad Əhmədov və dayaq yarımmüdafiəçisi Ceyhun Cavadovla razılığa gəlib.
Hər 2 futbolçu ilə bu gün və ya sabah 2 illik müqavilə bağlanacaq. Qyoko Hacıyevskinin dönəmində “Simurq”un şərəfini qorumuş Fuadın sabiq klubuna qayıdacağı deyilsə də, belə olmayıb. 25 yaşlı qolkiper ötən mövsüm “Neftçala”nın ehtiyat qapıçısı olub. 20 yaşlı Ceyhun da sonuncu dəfə həmin aşağı dəstə klubunda çıxış edib.
Qeyd edək ki, buna qədər “Rəvan” ötən mövsüm “Kəpəz”də çıxış etmiş Elvin Həsənəliyevin transferini həll etmişdi. 19 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın məşqçisi Zaur Tağızadənin bacısı oğludur.

0
0