Elhadı “nəzir” verirlər
05.06.2013 - 11:15
Azərbaycan millisinin futbolçusu Elhad Nəziri yeni komanda axtarır. Apasport.az saytının məlumatına görə, qış fasiləsində gənc müdafiəçini Moldovanın “Milsami” klubundan transfer edərək, 3,5 illik müqavilə imzalayan Rumıniya “Petrolul”u onun xidmətində maraqlı deyil.
Baş məşqçi Kosmin Kontra Nəzirini yalnız 1 oyunda - aprelin ortasında meydana buraxıb. Onda da “Petrolul” “Qloriya”ya evdə 4:0 hesabı ilə qalib gəlirdi və Elhad meydana yalnız 73-cü dəqiqədə çıxıb, Rumıniya çempionatında debütünü gerçəkləşdirdi.
“Petrolul” mövsümü mükafatla - çempionatın bürünc medalçısı və ölkə kubokunun qalibi kimi başa vursa da, bunda Elhadın əməyindən istifadə etmədi. Belə olan halda, rumınların 3 illik müqaviləsi qalan müdafiəçini ya icarəyə verəcəyi, ya da anlaşmanı ləğv edəcəyi gözlənilir.
Artıq millimizə də lazım olmayan Nəzirinin “apasport”un üzə çıxardığı faktdan – futbolçunun yaşını və soyadını dəyişdirməsi Rumıniyada da əks-səda doğurdu. Belə ki, bu ölkədəki həmkarlarımız məsələ ilə araşdırma aparmağı lazım bildi. 1990-cı ilin yanvarın 8-də anadan olan Elhadın soyadı Əhmədov olsa da, sonradan Nəziriyə çevrilərək, 1992-ci ilin dekabrın 29-da doğulduğu göstərildi.

0
0